Xarkova atılan raket Azərbaycan konsulluğunun yaxınlığına düşüb Dünya

Xarkova atılan raket Azərbaycan konsulluğunun yaxınlığına düşüb

Xarkova bir az əvvəl atılan raket Azərbaycan bu şəhərdəki fəxri konsulluğunun binasının yaxınlığına düşüb.

Fəxri konsulluqdan verilən məlumata görə, konsulluq binasına ziyan dəyməyib.

"Hal-hazırda fəaliyyətimizi ştat rejimində davam etdiririk və yaxın saatlarda həmvətənlərimizin növbəti qrupunu evakuasiya edəcəyik.

Həmvətənlərimizdən bir daha təmkinli olmağı, olduqları yerlərdə qalmaqlarını tövsiyyə edirik.

Evakuasiya ilə bağlı ətraflı məlumat qısa müddət ərzində veriləcək", - açıqlamada deyilir.