Kadırov ukraynalıları sevdiyini deyib Dünya

Kadırov ukraynalıları sevdiyini deyib

Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib ki, ukraynalılar onu sevir, o, da ukraynalıları sevir, amma Ukrayna xalqının düşmənlərini sevmir. "Mən bir neçə dəfə Ukraynada olmuşam, ukraynalılar məni sevir, mən ukraynalıları sevirəm. Mən Ukrayna xalqının düşmənlərini, ukraynalılara normal həyat verməyən bu şeytanları sevmirəm”, - Kadırov İnstaqramda Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayevlə birgə canlı yayımda deyib.
Çeçenistan rəhbəri qeyd edib ki, o, rusları və ukraynalıları həmişə bir xalq hesab edib. “Mən heç cür başa düşə bilmirəm ki, onlar slavyan xalqını necə bu cür parçalaya biliblər... Ruslar, ukraynalılar, belaruslar. Mən həmişə onların bir xalq olduğunu düşünürdüm... Zelenski niyə belə gözəl dövlətin məhv edilməsinə icazə verir?" deyib Kadırov.
Cavid