İƏT Krım tatarlarının təhlükəsizliyindən narahatdır Dünya

İƏT Krım tatarlarının təhlükəsizliyindən narahatdır

İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Ukraynadakı son hadisələrlə əlaqədar Krım tatarlarının təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib.
APA-nın məlumatına görə, bu barədə İƏT-in saytında yer alan bəyanatda deyilir.
Sənəddə Krım tatarlarının hüquqlarına hörmətlə yanaşılmasının vacibliyi qeyd olunub.
"Dədə-baba torpaqlarından XX əsrdə qovulmuş Krım tatarlarının yenidən əzab çəkməsinə imkan verilməməlidir. İƏT əmindir ki, XXI əsrdə beynəlxalq birliyin üzvləri üçün konstruktiv dialoq, sülh və qonşuluq münasibətləri normaya çevrilməlidir", - deyə bəyanatda vurğulanıb.