24 Mart 16:49
31 May 2022 08:00
3 871
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalınla telefon danışıq zamanı İsveç və Finlandiyanın NATO-ya üzv olmaq müraciətlərini, həmçinin Kiyevə dəstək və Ukraynanın kənd təsərrüfatı məhsullarının dünyaya ixracı problemlərini müzakirə edib.
Bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
"Sallivan ABŞ-ın qətiyyətlə dəstəklədiyi NATO-ya üzvlüklə bağlı [Türkiyənin] narahatlıqlarını həll etmək üçün Türkiyənin Finlandiya və İsveç ilə davam edən birbaşa danışıqlarına dəstəyini ifadə etdi", - deyə qeyd olunub.