Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
31 May 2022 15:05
2 667
“Borjomi” zavodunun yüzlərlə işçisi tətil elan etdi
Gürcüstanın “Borjomi” mineral su zavodunun 400-dək işçisi tammiqyaslı tətil elan edib.
Gürcüstan mətbuatı xəbər verir ki, bu barədə Gürcüstanın Aqrar Ticarət Birliyinin rəhbəri Giorgi Diasamidze yerli mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, səhər saat 06:00-dan etibarən “Borjomi”nin hər iki zavodu fəaliyyətini dayandırıb, 400-dək işçisi tətil elan edib.
Giorgi Diasamidzenin sözlərinə görə, işçilərin əsas tələbləri daha əvvəl işdən azad edilən 50-dək əməkdaşın işə bərpası, əməkhaqqının 25% artırılmasıdır.
Zavod rəhbərliyi ilə işçilər arasında müzakirələrin hələ ki, nəticəsiz qaldığı bildirilib.
İşçilər tələbləri qəbul edilənədək tətili davam etdirəcəklərini bildiriblər.
25 Oktyabr 17:37
987
25 Oktyabr 17:20
1 078
25 Oktyabr 17:19
1 092