“Kağız zəmanətlər Rusiyanı dayandırmaz”
18 Dekabr 19:29
18 Dekabr 19:29
18 Dekabr 19:19
18 Dekabr 18:29
18 Dekabr 17:41
2 İyun 2022 08:45
2 492
Hollandiya Almaniya ilə birlikdə Şimal dənizində iki ölkənin sərhədində yerləşən yeni qaz yatağının işlənməsinə başlayacaq.
Bu barədə Hollandiya hökuməti məlumat yayıb.
Qeyd olunur ki, Hollandiyanın İqtisadiyyat və İqlim Siyasəti Nazirliyinin dövlət katibi Hans Veylbrif Hollandiya tərəfdən bununla bağlı bütün lazımi icazələri verib. İyunun 3-dən onlara onlayn, eləcə də Schiermonnikoog (Hollandiya) və Borkum (Almaniya) adalarının bələdiyyələrində baxmaq mümkün olacaq.
"Almaniyada icazələrin verilməsi üçün sürətləndirilmiş prosedur həyata keçirilir", - Hollandiya hakimiyyəti qeyd edib. Bir il əvvəl Almaniyanın yerli hakimiyyət orqanları yatağın işlənməsinə razılıq verməkdən imtina edirdi, lakin Ukraynakı vəziyyət, o cümlədən Rusiya qazının tədarükünün azalması riski səbəbindən, onlar fikrindən daşınıblar.
Qaz hasilatının 2024-cü ilin sonunda başlayacağı gözlənilir.
18 Dekabr 19:43
1 281
18 Dekabr 19:17
1 127
18 Dekabr 18:51
1 043