Burada biz tamamilə haqlıyıq - Peskov Dünya

Burada biz tamamilə haqlıyıq - Peskov

Moskva Kalininqradın nəqliyyat blokadası ilə bağlı vəziyyəti həll etməkdə qərarlıdır, lakin qərar verməyə tələsməyəcək. Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

"Burada tələsməyə ehtiyac yoxdur, amma eyni zamanda, təbii ki, kifayət qədər qətiyyətliyik. Qərarların qəbulu üçün müəyyən vaxt lazımdır”, - o, Kalininqrad ətrafında vəziyyəti şərh edərkən bildirib.

Kreml sözçüsü izah edib ki, Rusiya hakimiyyəti hazırda baş verənləri ciddi şəkildə təhlil edir və Xarici İşlər Nazirliyi vasitəsilə öz mövqeyini digər ölkələrdən olan həmkarlarına çatdırır. "Mən hətta deyərdim ki, təəssüf ki, onlar artıq tərəfdaş deyil, bizim rəqibimizdir", - Peskov bildirib.
Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Rusiya prezidenti Vladimir Putinə məruzəsindən sonra cavab tədbirləri gözləməyin mümkün olub-olmamasından danışarkən o, belə izah edib: “Bu vəziyyəti təhlil etmək üçün vaxt lazımdır”. “Düşünürəm ki, həmin rəqiblərin də başa düşmək üçün vaxt lazımdır", - deyə dövlət başçısının mətbuat katibi əlavə edib və vurğulayıb: “Burada biz tamamilə haqlıyıq”.
Cavid