Tayvan boğazında "sülhün əsas məhvedicisi" ABŞ-dır - Çin XİN rəhbəri Dünya

Tayvan boğazında "sülhün əsas məhvedicisi" ABŞ-dır - Çin XİN rəhbəri

ABŞ Tayvan boğazında sülh və sabitliyin "əsas məhvedicisidir".

Trend xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İnin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana elan edilməmiş səfəri ilə əlaqədar açıqlamasında deyilir.

"Bu, bir daha sübut edir ki, bəzi amerikalı siyasətçilər Çin-Amerika münasibətlərinin zərərvericiləridir və ABŞ Tayvan boğazının iki sahili arasında sülhün və regional sabitliyin əsas məhvedicisinə çevrilib", - deyə XİN rəhbəri bildirib.

Regionun müstəqilliyi haqqında

Onun sözlərinə görə, Çin hökuməti Tayvanın müstəqilliyini dəstəkləyən qüvvələrə yer qoymayacq.

"Biz kənardan müdaxilə və Tayvanın müstəqilliyinin tərəfdarı olan qüvvələrə yer qoymayacağıq", - deyə XİN rəhbəri bildirib.
Nazir qeyd edib ki, hökumət Tayvanla milli birləşmə prosesini mütləq başa çatdıracaq: "Tayvan Çinin bir hissəsidir. Milli birləşmənin reallaşması ümumi tendensiyadır və tarixi olar qaçılmazdır".

Çin Xarici İşlər Nazirliyinin rəhbəri Tayvanın ABŞ-ın regional siyasətinə daxil edilməsini “təhlükəli və axmaqlıq” adlandırıb.

ABŞ BMT Nizamnaməsini pozmaqdan və Asiya-Sakit Okean regionunda Tayvan kartını oynamaqdan əl çəkməlidir, deyə XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, Tayvan məsələsi ilə Çini saxlamağa çalışmaq cəhdləri uğursuzluğa məhkumdur.