HP Naxçıvanın 2026-cı il üzrə büdcə layihəsinin təhlilinə dair auditor hesabatı hazırlayıb
Kürdlər Hələbdə Suriya ordusunun mövqelərinə zərbələr endiriblər
Venesuelanın 600.000-ə qədər Bitcoin "Kölgə Ehtiyatı" olduğu aşkar edilib
Qazaxda evdə partlayış olub, xəsarət alan var - VİDEO - FOTO
Azərbaycan beynəlxalq maliyyə institutlarına ayırmaları 17% artırır
16 Avqust 2022 08:19
3 024
Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş verən partlayışdan sonra dağıntılar altından daha 5 nəfərin meyiti aşkarlanıb.
Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata əsasən, ölənlərin ümumi sayı 15 nəfərə çatıb.
Xatırladaq ki, avqustun 14-ü İrəvandakı "Surmalu" ticarət mərkəzində partlayış baş verib. Partlayış nəticəsində 15 nəfər həlak olub, 61 nəfər isə xəsarət alıb. Bundan əlavə, 2-si İran və 1-i Rusiya vətəndaşı olmaqla 18 nəfər itkin düşüb.
XXX
02:31
Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş verən partlayışdan sonra dağıntılar altından daha iki nəfərin meyiti aşkarlanıb.
Bunu özünün "Facebook" səhifəsində Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi yazıb.
Onun sözlərinə görə, ölənlərin sayı 10 nəfərə çatıb. Hazırda axtarış və xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, avqustun 14-ü İrəvandakı "Surmalu" ticarət mərkəzində partlayış baş verib. Partlayış nəticəsində 10 nəfər həlak olub, 61 nəfər isə xəsarət alıb. Bundan əlavə, 2-si İran və 1-i Rusiya vətəndaşı olmaqla 18 nəfər itkin düşüb.
XXX
00:25
Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş verən partlayışdan sonra dağıntılar altından daha bir nəfərin meyiti aşkarlanıb.
Bunu özünün "Facebook" səhifəsində Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi yazıb.
Onun sözlərinə görə, ölənlərin sayı 8 nəfərə çatıb. Hazırda axtarış və xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, avqustun 14-ü İrəvandakı "Surmalu" ticarət mərkəzində partlayış baş verib. Partlayış nəticəsində 8 nəfər həlak olub, 61 nəfər isə xəsarət alıb. Bundan əlavə, 6-sı İran və 1-i Rusiya vətəndaşı olmaqla 22 nəfər itkin düşüb.