İsrail ordusunun Livandakı Bofor qalasını ələ keçirməsi ilə bağlı görüntülər yayılıb
Azərbaycanda bəzi ərazilərdə yağış yağır, küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
"Yeni Konstitusiyanın qəbuluna ehtiyac var"-Qüdrət Həsənquliyev
SEPAH ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Tramp: İran nüvə silahı hazırlamamağa və əldə etməməyə razılaşıb
4 Oktyabr 2022 19:14
4 683
Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin məhkəməsi növbəti dəfə təxirə salınıb.
APA-nın yerli bürosu xəbər verir ki, M. Saakaşvilinin Gürcüstanın dövlət sərhədini qanunsuz keçməsi işi üzrə məhkəməsi onun səhhətində problemlər olması əsas gətirilərək təxirə salınıb.
Sabiq Prezidentin vəkili Şota Tutberidze bildirib ki, M. Saakaşvilinin səhhəti o dərəcədə pisləşib ki, həkimlər diaqnoz qoymaqda çətinlik çəkirlər.
Qeyd edək ki, Gürcüstanın həbsdə olan üçüncü Prezidenti M. Saakaşvili ötən il sentyabrın sonunda qanunsuz yollarla Gürcüstana qayıdıb. O, oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilib. Sabiq Prezident, həbsxanada keçirdiyi aclıq aksiyalarından sonra səhhətində yaranmış problemlərlə əlaqədar bir müddətdir Tbilisidəki klinikalardan birində müalicə alır.
31 May 11:38
1 484
31 May 09:32
1 631
31 May 09:30
1 645