"İran rejimi olmasa İslam dünyası bir və bərabər olacaq" Dünya

"İran rejimi olmasa İslam dünyası bir və bərabər olacaq"

İran molla rejiminin yaradılış mahiyyəti artıq daha çox üzə çıxır.
İran rejiminin regional, hətta beynəlxalq ölçüdə mahiyyətini Qərbin siyasətinə dəstək olduğu gerçəyi birmənalı olsa da, onun daha böyük "xidməti" istər Qərb, istərsə də İslam düşmənlərinin planlarını həyata keçirmək idi.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

İranın ətraf müsəlman ölkələrindəki fəaliyyəti tək bir sıra proksi qruplarla Fələstin, Livan, Suriya, İraq, hətta Türkiyə və Azərbaycanda gərginliyi saxlamaq, Qərbin siyasətinə dəstək olmaqla hüdudlu deyildir:
"İran fars molla rejiminin əsas "xudməti" müsəlmanları İslamdan uzaqlaşdırmaq, iyrəndirmək idi ki, bunu da digər vəzifələri kimi yaxşı bacardı. Hazırda İranda davam edən üsyan buna misaldır. Qadınların əzildiyi, istismar edildiyi, məcburən dinə zidd şəkildə müxtəlif dini adətlərə məruz qoyulması sonda qadınların partlayışı ilə nəticələndi. Bir aydır qadınlar baş örtüklərini açır, saçlarını kəsir, normal sivil yaşayış tələb edirlər.
Mollaların pəzəvəng rolu oynadığı, qadın alveri ilə məşğul olduğu, bunu siğə adı altında təşkil etdiyi, din adı altında müsəlmanlara, hətta uşaqları belə buna alət edərək bir çox iyrənc intim adətlər aşılayan bir rejimin, qadınları baş örtüyündən iyrəndirib bezdirən, nəticədə isə İslam dinindən uzaqlaşdıran bir sistemin Qərbin şeytanı qüvvələrinə bundan artıq nə dəstəyi, xudməti ola bilərdi?
İran fars rejimi İslam və Türk düşməni, müsəlman qatili, şeytan dövlətdir. Onun artıq məhv olması mütləqdir. İran rejimi olmasa İslam dünyası bir və bərabər olacaq, eyni zamanda, ətraf regionlarda stabillik olacaq".
Cavid