Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
Tramp Rusiyanın dizel istehsalına nəzarəti itirdiyini düşünür
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət edib - FOTO
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib
14 Oktyabr 2022 09:00
3 745
Oktyabrın 13-də Astana şəhərində Rusiya tərəfinin təşəbbüsü ilə Tacikistan prezidenti Emoməli Rəhmon, Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Qırğızıstan prezidenti Sadır Japarov arasında birgə görüş keçirilib.
Bu barədə Tacikistan prezidentinin mətbuat xidməti bildirib.
Dövlət başçıları Mərkəzi Asiyada regional təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə Tacikistan-Qırğızıstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə danışıqlar prosesinin gedişi nəzərdən keçirilib.
Yaranmış məsələlərin müstəsna olaraq siyasi-diplomatik vasitələrlə həlli, o cümlədən dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə hökumət qruplarının və ekspertlərdən ibarət işçi qrupların əvvəllər əldə edilmiş razılaşmalara uyğun olaraq fəaliyyətinin aktivləşdirilməsinə dair razılıq əldə olunub.