Tikinti sektorunda işçilərə ehtiyac var Dünya

Tikinti sektorunda işçilərə ehtiyac var

Rusiya Federasiyasının Tikinti Nazirliyi yanında İctimai Şura işsiz rusları tikinti sahələrində işləmək üçün cəlb etməyi təklif edib.

Bu barədə "İzvestiya" qəzeti bazar ertəsi təşkilata istinadən xəbər verir.

İctimai Şuradan qəzetə bildirildiyinə görə, bu gün tikintidə 11 milyon insan çalışır, daha 3-5 milyona ehtiyac var, üstəlik bu problemi təkcə əmək miqrantları cəlb etməklə həll etmək mümkün deyil. Buna görə də ictimai fəallar işsizlərin tikinti işlərinə cəlb olunmasını təklif ediblər. Təşkilatın məlumatına görə, məşğulluq orqanlarında qeydiyyatda olan və uzun müddətdir iş tapa bilməyən 1,8 milyondan çox insan var. İctimai Şura belə vətəndaşların tikinti obyektlərinə cəlb edilməsi sistemini hazırlayıb Tikinti Nazirliyinə təqdim edəcək.
Cavid