Livanda iki jurnalist İsrailin PUA hücumunda həlak olub
28 Mart 16:56
28 Mart 16:56
10 Noyabr 2022 14:38
2 527
FTX əməkdaşları Yekaterinburqun Kirovski rayonunda yerləşən inzibati obyektdə terror aktının qarşısını alıblar. "Xalq Cəbhəsi" xəbər verir ki, bu barədə TASS-a FTX-nin Sverdlovsk vilayəti üzrə idarəsinin mətbuat xidmətindən məlumat verilib. “Rusiyanın Sverdlovsk vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti və hərbi əks-kəşfiyyat orqanlarının birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində cinayət niyyətinin həyata keçirilməsinə hazırlıq məqsədilə cinayət törətmək niyyətində olan 47 yaşlı Rusiya vətəndaşı saxlanılıb". Hüquq-mühafizə orqanları dəqiqləşdiriblər ki, söhbət hərbi komissarlığın binasından gedir. Mətbuat xidməti dəqiqləşdirib ki, saxlanılan şəxsin yaşadığı ünvanda əməliyyat tədbirləri həyata keçirilib, 5 ədəd evdə hazırlanmış yandırıcı vasitə aşkar edilərək götürülüb.
Cavid
28 Mart 15:02
1 176
28 Mart 14:34
1 295
28 Mart 12:10
1 260