3 Oktyabr 17:04
3 Oktyabr 13:42
17 Noyabr 2022 13:41
3 010
Bu gün Ukraynanın paytaxtı Kiyev şəhərinin üzərində İran istehsalı olan “Şahed-136”pilotsuz uçuş aparatları (PUA) vurulub.
Bu barədə “Unian“ Kiyev şəhərinin Hərbi Administrasiyasına istinadən məlumat yayıb.
Həmçinin o da əlavə olunub ki, Rusiya Silahlı Qüvvələri tərəfindən atılan qanadlı raketlər də zərərsizləşdirilib: “Son bir saat ərzində Kiyev üzərində Rusiya tərəfindən atılan 2 qanadlı raket zərərsizləşdirilib. Bundan əlavə, Ukrayna hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən İran istehsalı olan 4 ədəd “Şahed-136” zərbə dronları da vurulub”.
Ölən, yaralananlar və dağıntılar barədə məlumatlar dəqiqləşdirilir.
Xatırladaq ki, bu gün Kiyev vilayəti, Kiyev şəhəri və Ukraynanın bir sıra digər regionlarında hava həyəcanı siqnalı verilib.
4 Oktyabr 11:16
840
4 Oktyabr 11:15
819
4 Oktyabr 11:14
805