Rusiyada 5 erməni biznesmeni güllələndi Dünya

Rusiyada 5 erməni biznesmeni güllələndi

Leninqrad vilayətində, Şlisselburq qarajlar kooperativinin yerləşdiyi ərazidəki avtoservisdə silahlı atışma olub. Rusiya KİV-ləri bildirir ki, atışma zamanı iki erməni biznesmeni ölüb, daha üçü isə güllə yarası alıb.
İlkin istintaq müəyyən edib ki, insident bu il yanvarın 31-də baş verib. Atəş səsləri saat 20 radələrində eşidilib. Ondan əvvəl isə hadisə yerinə "bərkgedən" 444 nömrəsi olan qara "Mercedes" gəlib. Həmin maşından Qafqaz əsilli 5 nəfər düşüb.