Rusiyanın Başqırdıstan Respublikasının birinci prezidenti Murtaza Rəhimov vəfat edib Dünya

Rusiyanın Başqırdıstan Respublikasının birinci prezidenti Murtaza Rəhimov vəfat edib

Rusiya Federasiyası Başqırdıstan Respublikasının birinci prezidenti Murtaza Rəhimov uzun sürən xəstəlikdən sonra vəfat edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Başqırdıstan Qurultayının sədr müavini Rüstəm Əhmədinurov deyib.

"Bilirəm ki, o, uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib", - deyə R.Əhmədinurov bildirib.

Qeyd edək ki, Murtaza Rəhimov 1993-cü ildən 2010-cu ilədək Başqırdıstan Respublikasının prezidenti olub.