Şoyqu Müdafiə Nazirliyinin Donbasın infrastrukturunun bərpası üzrə  işini yoxlayıb Dünya

Şoyqu Müdafiə Nazirliyinin Donbasın infrastrukturunun bərpası üzrə  işini yoxlayıb

Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Donbasın infrastrukturunun bərpası üzrə işləri yoxlayıb.

"Xalq Cəbhəsi" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

"Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu xüsusi hərbi əməliyyat zonasına işgüzar səfəri çərçivəsində Donbasın infrastrukturunun bərpası üzrə Rusiya Müdafiə Nazirliyinin Hərbi Tikinti Kompleksinin işini yoxlayıb", - deyə məlumatda bildirilir. "Donetsk Xalq Respublikası"nın Mariupol şəhərində nazirliyin rəhbəri artıq istifadəyə verilmiş obyektlərin hazırlığını və tikilməkdə olan tikili və binaların yerlərində işlərin gedişini yoxlayıb.
Şoyquya həmçinin Don çayından Severski Donets-Donbas kanalına kimi Rostov vilayəti ilə "DXR"i birləşdirən ən böyük su kəmərinin tikintisi barədə məlumat verilib ki, bu da regionun bir çox yaşayış məntəqələrini su ilə təmin edəcək.

Cavid