

İsrail ölkənin Müdafiə Nazirliyinin maraqları üçün hazırlanan "Ofek-13" Yerin məsafədən zondlama radar peykini orbitə çıxarmaq üçün “Şavit” daşıyıcı raketini buraxıb.
Bu barədə İsrailin "Aruts Şeva" ("Yeddinci kanal") radiostansiyası bildirib.
Məlumata əsasən, peyk orbitə buraxıldıqdan sonra mütəxəssislər cihazın bir sıra sınaqlarını keçirəcəklər.