

"Yaponiyanın rəhbərliyi altında biz bu il G7-nin məqsədlərinə nail olmaq istiqamətində artıq irəliləyiş əldə etmişik və mən gələcək müzakirələri səbirsizliklə gözləyirəm".
Bu barədə ABŞ prezidenti Co Bayden Yaponiya Baş naziri Fumio Kisida ilə Xirosimada G7 sammiti ərəfəsində başlayan danışıqlar zamanı deyib.
Tokionun liderliyini vurğulayan ABŞ Prezidenti Vaşinqton və Tokio arasında Hind-Sakit okeanları regionu ilə bağlı da əməkdaşlığın inkişaf etdiyini qeyd edib.
Kisida da öz növbəsində Yaponiyanın Birləşmiş Ştatlarla birlikdə qanunun aliliyinə əsaslanan azad dünya nizamının qorunmasında G7-nin sarsılmaz əzmini nümayiş etdirmək niyyətini bəyan edib.
Bundan əlavə, Yaponiya hökumət başçısı Amerika tərəfi ilə bəzi sahələrdə, o cümlədən müdafiə və yarımkeçiricilərin inkişafı sahəsində gələcək tərəfdaşlığa çağırıb.