İran DİN: Əfqanıstanla sərhəddə vəziyyət stabilləşib Dünya

İran DİN: Əfqanıstanla sərhəddə vəziyyət stabilləşib

İran – Əfqanıstan dövlət sərhədində vəziyyət stabilləşib.

Bu barədə İranın daxili işlər naziri Əhməd Vahidi bildirib.
Nazirin sözlərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yaranan insidentə görə sərhəddə baş verən toqquşmalar dayanıb, İran və Əfqanıstan sərhədində vəziyyət normallaşıb.

Vahidi ölkə sərhədindəki vəziyyəti şərh edərkən qeyd edib ki, vəziyyətin gərginləşməsinin bir neçə səbəbi var. Bunlardan ən əsası bir sıra dövlət məmurlarının səriştəsizliyi və əfqan sərhədçilərinin peşəkarlığının aşağı səviyyədə olmasıdır.

İranlı nazir Taliban və Əfqanıstan rəsmilərinə ehtiyatlı olmağı, əfqan sərhədçilərini gərginlik yaratmamaq barədə xəbərdar etməyi tövsiyə edib.

Xatırladaq ki, son günlərdə Əfqanıstanın cənub-qərbindəki Nimroz əyalətində İran sərhədçiləri ilə Taliban qüvvələri arasında toqquşmaların baş verib və İran KİV yaydığı məlumata əsasən, qarşıdurma zamanı bir iranlı sərhədçi həlak olub.