Papanın elçisi Kiyev və Moskvaya səfər edəcək Dünya

Papanın elçisi Kiyev və Moskvaya səfər edəcək

Papanın Ukrayna nizamlanması üzrə elçisi - kardinal Matteo Zuppi Kiyev və Moskvaya səfər etdikdən sonra Vaşinqton və Pekinə gedə bilər.

"Xalq Cəbhəsi" xəbər verir ki, bunu "La Repubblica" qəzeti yazıb.

Məlumata görə, o, Kiyevə iki günlük səfərini başa vuracaq və orada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək. Zuppi daha sonra Moskvaya gedəcək.

Nəşr həmçinin İtaliya Yepiskoplar Konfransının rəhbəri Zuppinin Mozambik, Konqo Demokratik Respublikası, Burundi və Qvatemala da daxil olmaqla böhranlarla mübarizədə böyük təcrübəsini xatırladır.

Bundan əvvəl məlum olmuşdu ki, Papa Fransisk kardinala “sülh missiyasına” rəhbərlik etməyi tapşırıb, onun vəzifəsi “sülh prosesinə başlamaq üçün maneələri dəf etməyə çalışmaq”dır.

Cavid