Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
8 İyun 2023 14:24
2 604
Novaya Kaxovka SES-in bəndinin dağıdılması nəticəsində işğal altındakı Oleşki şəhərində azı üç nəfər boğulub.
APA CNN-ə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Yevgeni Rişçuk bildirib. O, şəhərin ərazisinin 90 faizinin daşqın sularının altında qaldığını qeyd edib. Mer həlak olanların sayının dəqiq bilinmədiyini, lakin rəqəmlərin çox ola biləcəyini istisna etməyib.
Yevgeni Rişçuk qeyd edib ki, əksəriyyəti təqaüdçülər və yataq xəstələri olmaqla 3500-4000 nəfər hələ də Oleşkidə yaşayırdı.
O, xilasedicilərin daşqın zonasından minlərlə insanı təxliyə etməyə çalışdığını, bir çoxlarının xilas olmaq üçün evlərinin damına çıxdığını əlavə edib.
Mer Pravi, Solontsi kimi bəzi kəndlərin ərazisinin 100 faizinin su altında qaldığını qeyd edib.
10:20
665
24 Oktyabr 22:16
1 155
24 Oktyabr 21:24
1 211