"Rusiya isə səssiz prosesləri izləyir və ciddi maneə törədə bilmir" Dünya

"Rusiya isə səssiz prosesləri izləyir və ciddi maneə törədə bilmir"

Qarabağ ərazisində yaşayan ermənilərin Azərbaycanla danışıq masasına oturması Amerikanın istək və tələblərindən biridir. Bu barədə Qarabağ ermənilərinə məlumat verildiyi, hətta əks halda Azərbaycanın antiterror əməliyyatı keçirəcəyi ilə əlaqəli məsələnin də gündəmdə olduğu bildirilib. Tərəflər üçüncü bir ölkədə görüşə bilərlər də deyilib. Rusiya və ermənilərdən buna görə narazılıq da bildirilib.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, ABŞ açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağ ermənilərinə də Azərbaycanın daxilində statussuz yaşamağı tələb edir:

"Rusiya isə səssiz prosesləri izləyir və ciddi maneə törədə bilmir. Proseslər Azərbaycanın istədiyi sona doğru irəliləyir.
Rusiyanın sona kimi səssiz qala biləcəyi şübhə doğurur. Məsələ ondadır ki, Rusiya hər zaman proseslərə son anda müdaxilə edir. Hal-hazırkı durumda Rusiyanın səssizliyini onun zəifliyi ilə əlaqələndirmək yanlış olardı. Rusiya hər zaman öz məntiqsizliyi ilə seçilib. Məntiq gözlənilən durumda öz məntiqsiz addımları ilə hər kəsi çaşdırıb. Böyük ehtimalla Rusiyanın Qarabağ problemini öz istədiyi kimi həll etmək üçün planı vardır. Bu plan elə problemi həll etməməkdir. Bura Qarabağ ermənilərinə Rusiya pasportu verməkdən, müharibəni qızışdırmaqdan tutmuş açıq qarşıdurmaya getməyə kimi müxtəlif yollar vardır".

Azərbaycanın Qarabağ erməniləri ilə dialoq aparması perspektivi olsa da, Rusiyanın nəzarətindən kənar bu görüşlərin effektivliyi yox dərəcəsindədir. Bu prosesin effektiv olması üçün Rusiya və Qarabağ ermənilərini fakt qarşısında qoymaq lazımdır. Bunun üçün Azərbaycanın erməni silahlı birləşmələrini tərksilah etməsi mütləqdir:

"Bundan sonra ermənilər özləri məcbur inteqrasiya yolunu tutacaqlar. Necə ki, Laçın NKM-də növbəyə duraraq kontroldan keçməyi artıq adi hal almışdı. Digər proseslər də belə olacaq. Azərbaycanın nəzarətində yaşamaq Qarabağ ermənilər üçün adi hal alacaq" .

Cavid