“Ukrayna Rusiya müharibəsi Qərbin baxış bucağını dəyişib” Dünya

“Ukrayna Rusiya müharibəsi Qərbin baxış bucağını dəyişib”

“Ukrayna Rusiya müharibəsi Qərbin baxış bucağını dəyişib və beynəlxalq təhlükəsizlik sisteminin qurulması istiqamətində addımlar atılır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə Böyük Britaniyada keçirilən Ukraynanın bərpası konfransı ilə bağlı danışarkən deyib. Politoloq bildirib ki, Azərbaycan da Cənubi Qafqazda yeni siyasi nizam yaratmaqla, Rusiya ilə qonşu ölkə olaraq Qərbin təhlükəsizlik və enerji siyasətində prioritet bir ölkədir: “Ona görə də Azərbaycanın Qərblə əməkdaşlığı zəruridir.
Ukraynanın bərpasında Azərbaycanın iştirakı ölkəmizin milli maraqlarına cavab verir. Azərbaycan bugün məhz kollektiv Qərbin yanında yer almaqla, balans siysətində korrektlərə gedir. Bu, yeni dünya nizamının çağırışlarına nizamlanır”.