“Bakı təhlükəsizlik diplomatiyasının yeni platformasına çevrilir”
Mikayıl Cabbarov dağ-mədən və metallurgiya sənayesi ilə bağlı əsas çağırışları açıqlayıb
Dövlət başçısı: Bizim perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir
Nazir: Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyat genişləndiriləcək
4 İyul 2023 10:04
3 052
Vnukovo hava limanı təyyarələrin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlərin tətbiqindən sonra Moskva vaxtı ilə saat 08:00-dan etibarən fəaliyyətini bərpa edib.
Trend xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.
"İyulun 4-də Moskva vaxtı ilə saat 08:00-dan etibarən Vnukovo hava limanı fəaliyyətini bərpa edib", - məlumatda deyilir.
Bundan əvvəl Vnukovoda iyulun 4-də Moskva vaxtı ilə saat 05:10-dan hava limanından asılı olmayan səbəblərə görə təyyarələrin qəbulu və buraxılmasına məhdudiyyətlər tətbiq edilib. Mənbənin məlumatına görə, Vnukovodan paytaxtın digər hava limanlarına 14 reys yönləndirilib.