Türkiyənin Tuzla limanı 2 milyon tondan çox yük qəbul edib Dünya

Türkiyənin Tuzla limanı 2 milyon tondan çox yük qəbul edib

2023-cü ilin yanvar-iyun aylarında İstanbul şəhərində yerləşən Tuzla limanı 2 milyon 472 min 10 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Tuzla limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 1 milyon 529 min 642 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 942 min 368 ton yük daşınıb.

“2023-cü ilin yanvar-may aylarında Türkiyənin Tuzla limanından 84 min 466 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ilin iyun ayında Türkiyə limanları 33 milyon 722 min 433 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 922 min 48 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 800 min 385 ton olub”, - deyə nazirlikdən bildirilib.