Estoniya piyada əleyhinə minaların qadağasına dair Ottava Konvensiyasından çıxıb Dünya

Estoniya piyada əleyhinə minaların qadağasına dair Ottava Konvensiyasından çıxıb

Estoniya piyada əleyhinə minaların istifadəsini qadağan edən Ottava Konvensiyasından çıxdığını elan edib.

APA xəbər verir ki, bu barədə "Postimees" nəşri məlumat yayıb.

Məlumata görə, Estoniya parlamentinin plenar iclasında konvensiyanın denonsasiyasını 101 deputatdan 81-i dəstəkləyib.