

Bryansk və Kursk vilayətlərindəki dəmir yolundakı hər üç terror aktı Ukrayna xüsusi xidmət orqanları tərəfindən təşkil edilib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Rusiya Prezidenti Vladimir Putinin hökumət üzvləri ilə iclasında bildirib.
“Beləliklə, istintaqın topladığı sübutlar açıq şəkildə göstərir ki, hər üç terror aktı, şübhəsiz ki, Ukraynanın xüsusi xidmət orqanları tərəfindən təşkil edilib”, - deyib.
İstintaq Komitəsinin rəhbəri əlavə edib ki, terror aktlarının bütün icraçıları və təşkilatçılarının müəyyən edilməsi üçün cinayət işlərinin istintaqı davam edir.