Medinski: Rusiya 7-9 iyunda Ukrayna ilə əsir mübadiləsinə başlamağa hazırdır Dünya

Medinski: Rusiya 7-9 iyunda Ukrayna ilə əsir mübadiləsinə başlamağa hazırdır

Rusiya iyunun 7-dən 9-dək Ukrayna tərəfi ilə hərbi əsir mübadiləsinə başlamağa hazırdır.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi, Ukrayna ilə danışıqlar aparan nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.

“Güman edirik ki, hər tərəfdən 1200 nəfər olacaq və bu, yenə də hərbi əsirlərin ən böyük mübadiləsi olacaq. Biz öz tərəfimizdən buna tam hazırıq”, - Medinski Rusiya Prezidenti Vladimir Putinin hökumət üzvləri ilə müşavirəsində bildirib.