Tramp dönəmində Latın Amerikası – yeni geosiyasi realıqlar
7 Yanvar 23:52
7 Yanvar 23:52
7 Yanvar 23:43
1 Avqust 2023 17:01
2 772
Yerləşdirilməsi planlaşdırılan nüvə silahının yarıdan çoxu Belarusa gətirilib və ölkə ərazisində bölüşdürülüb.
Trend xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
Belarus prezidenti nüvə silahının təhlükəsizlik xarakteri daşıdığını və istifadə olunmayacağına ümid etdiyini bildirib.
"Ümid edirəm bu silahın istifadəsinə ehtiyac olmaz. Biz heç kimin bostanına girmirik, xahiş edirik bizim bostanımıza da girməsinlər. Dostlarımızın köməyi ilə özümüzü və öz təhlükəsizliyimizi təmin edəcəyik", - deyə o vurğulayıb.
Qeyd edək ki, iyunun 16-da Rusiya prezidenti Vladimir Putin Rusiyanın nüvə silahlarının birinci hissəsini Belarusda yerləşdirdiyini bildirib.
İyulun 6-da isə Belarus prezidenti Aleksandr Lukaşenko planlaşdırılan bütün nüvə silahlarının ilin sonunadək ölkəyə gətiriləcəyini və "böyük hissəsinin Belarusda yerləşdirildiyini" deyib.
7 Yanvar 23:20
728
7 Yanvar 20:44
931
7 Yanvar 19:46
924