Ərdoğanın prezidentlik yolu açıldı Dünya

Ərdoğanın prezidentlik yolu açıldı

Dünən Türkiyənin hakim partiyası AKP-nin toplantısı keçirilib. Bələdiyyə seçkilərinin nəticələrini analiz edən millət vəkilləri prezidentliyə namizədləri də müzakirə ediblər.
Toplantıda millət vəkillərinə anket sorğusu paylanılıb. Sorğunun nəticələrinə görə, AKP təmsilçiləri prezidentliyə namizəd kimi baş nazir Rəcəb Tayyip Ərdoğanı görürlər.
Bu sorğu onu deməyə əsas verir ki, bundan sonra Ərdoğan prezident seçkilərində partiyasının tam dəstəyinə ümid edə bilər.
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri 10 avqustda keçiriləcək.