Paşinyan bu nazirləri istefaya göndərir - Adlar bilindi Dünya

Paşinyan bu nazirləri istefaya göndərir - Adlar bilindi

Hökumətdə vəziyyət çox gərgindir, nazirlər nəfəslərini kəsərək nəyi gözləyirlər?

Trend xəbər verir ki, bunu Ermənistanın "Jovoxurd" qəzeti yazır.

Qəzetdə Ermənistanın baş naziri Nikol Paşinyanın nazirlərdən narazı olduğu və yaxın zamanda hökumətdə istefaların gözlənildiyi deyilir.

Qeyd olunub ki, İrəvan Ağsaqqallar Şurasına seçkidən sonra vəzifəsini tərk edəcək ərazi idarəetməsi və infrastruktur naziri Qnel Sanosyan, ədliyyə naziri Qriqor Minasyan və ətraf mühit naziri Akom Simidyan diqqət mərkəzindədir.
Həmçinin, o da qeyd olunub ki, Nikol Paşinyan bunlarla kifayətlənməyəcək. Belə ki, yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryanın və əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın da istefaya göndəriləcəyi deyilir.

"Nazirlərin kimlərlə əvəz ediləcəyi məsələsi isə hələlik həll olunmayıb: sirr deyil ki, hazırda Paşinyanın, demək olar ki, bütün komanda yoldaşları ilə münasibətləri gərgindir, o, heç kimə etibar etmir və bu səbəbdən istefaya göndərəcəyi nazirlərə əvəz tapa bilmir", - qəzet yazır.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın "Hraparak" qəzeti də Paşinyanın yaxın zamanda bir neçə naziri istefaya göndərəcəyini yazıb, lakin bu mövzunun hələ gizli saxlanıldığı, dəyişikliklərin oktyabr üçün nəzərdə tutuluduğu deyilib.