Çin Türkiyədən sement idxalını azaldıb Dünya

Çin Türkiyədən sement idxalını azaldıb

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Çinə sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 33,6 faiz azaldaraq, 3,3 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə Çinə sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 74,2 faiz artıraraq 604 min dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz azalaraq, 3,2 milyard dollara çatıb.

Bu ilin avqust ayında Türkiyə 395,7 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 16,5 faiz azdır.

Son 12 ay ərzində (avqust 2022-avqust 2023) Türkiyə 4,9 milyard dollar məbləğində sement ixrac edib.