

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Ağsaqqallar Şurasına seçkilərdə uğursuzluğa düçar olan hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvlərini cəzalandırmaq istəyir.
APA xəbər verir ki, bu barədə “Joğovurd“ nəşri yazıb.
Nəşrin sözlərinə görə, partiyanın idarə heyətinin dünənki iclası gərgin keçib, partiya üzvləri seçkilərdə uğursuzluğa görə bir-birini günahlandırıblar. Paşinyan da öz növbəsində qeyd edib ki, məğlubiyyətə səbəb partiya yoldaşlarının fəaliyyətsizliyi olub. Həmçinin əlavə olunub ki, yaxın gələcəkdə partiya daxilində bir sıra istefalar gözlənilir.