
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Azərbaycan Qarabağda anti-terror əməliyyatını Türkiyənin siyasi dəstəyi ilə uğurla həyata keçirdi. Rusiya Ukrayna müharibəsində zəifləməsəydi, Moskva belə bir əməliyyata imkan verməyəcəkdi. Məhz, Rusiya Türkiyə və Azərbaycanla əlaqələri böhranlı vəziyyətə gətirməmək üçün neytral qaldı. Bu ölkəyə iqtisadi sanksiyalar Kremli Türkiyə ilə siyasi-iqtisadi əlaqələri inkişaf etdirməyə sövq edir.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun fikrincə, Türkiyə kifayət qədər regional güc olaraq, beynəlxalq nizamın formalaşmasına təsir edir. Yaxın Şərq və Cənubi Qafqaz Rusiyanın deyil, Türkiyənin siyasi diktəsi ilə şəkillənir. Son dörd il ərzində Türkiyə Cənubi Qafqazda Rusiyanı neytrallaşdıra bildi. Çünki, Cənubi Qafqazın Türkiyənin beynəlxalq müstəvidə mövqeyinin güclənməsinə və regionl güc olmağında müstəsna yeri var:
"Əgər, Azərbaycan öz ərazilərini işğaldan azad etməsə idi, bu mümkün deyildi. Məhz anti-terror əməliyyatının keçirilməsidə prorseslərin sona çatmasının məntiqi nəticəsi idi. Türkiyə Rusiyaya imkan verməzdi ki, Cənubi Qafqazda başlayan geosiyasi nizamı Qarabağda tormozlasın. Ona görə də bu əməliyyat Türkiyə və Azərbaycan tandeminin birgə hərəkəti ilə Rusiya-İran tandemini küncə sıxışdırdı".
Azərbaycanın bu qələbəsi və separatizmə son verməsi Cənubi Qafqazda yeni geosiyasi şərtlər yaradacaq. Proseslər Ermənistanla sülhə, Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılması ilə nəticələnəcək. Rusiya və İranın birgə hərəkəti isə, bloklandı. Qeyd edim ki, ikinci Qarabağ müharibəsindən əvvəl, Rusiya prezidenti ilə Türkiyə prezidenti arasında keçirilən görüşdə Kreml Qarabağ məsələsini Ərdoğanla müzakirə etməmişdi. Rusiya Türkiyənin proseslərə qoşulmasına razı deyildi:
"Bu anti-terror əməliyyatında Rusiya məmnun deyildi. 2016 -cı ilə aprel döyüşlərində bizim qarşımızı alan Rusiya idi. Rusiya həmən Rusiyadir. Amma, imkanları Ukraynada tükənir və qarşısında güclü Türkiyə durub. O Türkiyə ki, Suriyada Rusiyanı boğmağa qadirdir".
Cavid