Türkiyənin Çinə sement ixracı 3 milyon dolları ötüb Dünya

Türkiyənin Çinə sement ixracı 3 milyon dolları ötüb

Türkiyə 2023-cü ilin yanvar-sentyabr aylarında Çinə sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 28,1 faiz azaldaraq 3,9 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Sentyabr ayında Türkiyə Çinə sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 39,1 faiz artıraraq 570,9 min dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz azalaraq, 3,5 milyard dollara bərabər olub.
Bu ilin sentyabr ayında Türkiyə 383,5 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 16,4 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2022-sentyabr 2023) Türkiyə 4,8 milyard dollar məbləğində sement ixrac edib.