İrəvanın “İsgəndər” raketinə sahib olması... Dünya

İrəvanın “İsgəndər” raketinə sahib olması...

Rusiyanın Ermənistana verdiyi "İsgəndər" raket kompleksi regionda əlavə təhdid yarada bilər. Bunu Rusiya mətbuatına açıqlamasında hərbi ekspert Pavel Felgenhauer söyləyib. Onun sözlərinə görə, bu silahların İrəvana verilməsi regiondakı qüvvələr balansını dəyişir: "Böyük ehtimalla balansın saxlanılması üçün Rusiya bu cür raket komplekslərini Azərbaycana da satacaq. "İsgəndər" yüksək dəqiqliyə malik silahdır, amma böyük dəqiqlik üçün yaxşı peyk görüntüləri lazımdır. Ermənistana "İsgəndər" raketlərinin hansı modelinin göndərildiyi aydın deyil. Ermənistana eksport versiya olan İsgəndər-E raketləri verilə bilər. Bu isə İsgəndər-M ilə müqayisədə daha pis və daha balaca radiusda fəaliyyətə malikdir. İsgəndər-M isə yalnız Rusiya üçün buraxılır. Bunu isə Rusiya 300 kilometrdən yuxarı məsafədəki ballistik raketlərin yayılmaması haqqında üzərinə götürdüyü beynəlxalq öhdəliyə uyğun olaraq üçüncü tərəfə verməməlidir".