Qərb Rusiyanı Türkiyə ilə qarşı-qarşıya qoyacaq Dünya

Qərb Rusiyanı Türkiyə ilə qarşı-qarşıya qoyacaq

Rusiyanın Suriyadakı imicinin zəifləməsi bir qədər mübahisəlidir. Bu sözləri analitik Vüqar Zifəroğlu deyib. Rusların hər vasitə ilə Əsəd rejimini müdafiə etdiyini vurğulayan analitik deyib ki, bu, Moskvanı qətiyyən narahat etmir: "Dünən Hələbin rus qırıcıları tərəfindən bombalanması buna əyani sübutdur. Türkiyənin Suriyadakı əməliyyatlarının sürətini son günlərdə zəiflətməsi isə təbiidir. İlkin mərhələdə Türkiyə qarşıya qoyulan hədəfə tam çata bildi. Bu səbəbdən hazırkı mərhələdə türklərin nöqtə zərbələri həyata keçirməsi hazırda baş verən proseslərin gedişatı baxımından anlaşılan və düzgündür. Unutmaq olmaz ki, rusların son hava zərbələrindən sonra BMT-nin toplantısında anti-rus əhvala yüklənən Qərb maksimum dərəcədə Türkiyəni Moskva ilə qarşı-qarşıya qoymağa çalışacaq. Bu mənada məhz Hələbin hava hücumuna məruz qalması və Türkiyənin bundan sonra olacaqlara reaksiyası son dərəcə maraqlıdır".
Qeyd edək ki, Türkiyə Azad Suriya Ordusu (ASO) ilə birgə Suriyada 1 aydan artıqdır davam edən "Fərat qalxanı" hərbi əməliyyatlarında xeyli məsafə qət edib.