Hakerlər Pentaqondan 3 milyona yaxın əməkdaşın məxfi məlumatlarını oğurlayıb Dünya

Hakerlər Pentaqondan 3 milyona yaxın əməkdaşın məxfi məlumatlarını oğurlayıb

Hakerlər ABŞ Müdafiə Nazirliyinin Kadrları Məlumat Mərkəzinin sistemlərinə çıxış əldə ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbəyə istinadən "ABC News" məlumat yayıb. Telekanalın məlumatına görə, Pentaqonun 2,7 milyondan çox hazırkı və 290 mindən çox keçmiş əməkdaşının məxfi məlumatları oğurlanıb.

Nəşrin həmsöhbəti bildirib ki, oğurlanmış fayllara hərbi və mülki heyətin fəaliyyət sahələri haqqında məlumatlar, həmçinin fərdi məlumatlar daxildir. Hakerlər 2025-ci ilin oktyabrından bu ilin iyul ayına qədər məlumat mərkəzinə çıxışa malik olublar. İndi isə onun sözlərinə görə, təhlükəsizlik boşluğu aradan qaldırılıb. Pentaqondan rəsmi olaraq məlumat sızmasını şərh etməyiblər.

Pentaqonun Kadr Məlumat Mərkəzi hərbi idarənin kadr qeydlərinin əsas anbarlarından biri kimi xidmət edir. Orada 60 milyondan çox hərbçi, ehtiyatda olanlar, mülki işçilər, podratçılar, təqaüdçülər və onların ailə üzvləri haqqında məlumatlar saxlanılır.

Məryəm Quliyeva