"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
11:21
462
Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 71%-dən yuxarıdır.
Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, hazırda Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 71,16% təşkil edir. Bu, son beş ilin eyni tarixə olan orta göstəricisindən 15,61 faiz bəndi, ötən ilin eyni dövründə qeydə alınmış 82,3%-lik səviyyədən isə 11,14 faiz bəndi aşağıdır. Qeyd olunan doluluq səviyyəsi 2011-ci ildən aparılan müşahidələr tarixində həmin tarix üçün qeydə alınmış ən aşağı göstəricidir.
Bildirilir ki, hazırda Aİ ölkələrinin anbarlarında 77,9 mlrd. kubmetrə yaxın qaz var. Bu, 2025-ci ildəki yığım səviyyəsindən 13 mlrd. kubmetr azdır və 2013-cü ildən bəri ən aşağı göstəricidir.
Qeyd edək ki, Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən dekabrın 1-dək olan müddətdə yeraltı qaz anbarlarının doluluq səviyyəsini 90%-ə çatdırmalıdır. Bununla yanaşı, anbarların doldurulması ilə bağlı mürəkkəb şərait yarandıqda 10%-lik elastiklik mexanizmi də nəzərdə tutulur.
Beləliklə, 2026-2027-ci illərin payız-qış mövsümünün başlanğıcına qədər normativ tələbin yerinə yetirilməsi üçün Avropanın yeraltı qaz anbarlarına xalis qaz vuruluşunun ən azı 68 mlrd. kubmetr təşkil etməsi lazımdır. Ötən il isə Avropa yalnız təxminən 55 mlrd. kubmetr göstəriciyə nail ola bilmişdi.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.