"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
08:50
329
O yazıq Rusiya dünən Kiyevdəki "Ukrtelecom" ofisinə hücum etməyə cəhd göstərdi, amma — tez-tez olduğu kimi — onun o "yüksək dəqiqlikli" zərbələri hədəfdən yayındı. İlk zərbə Milli Elmlər Akademiyasının Rəyasət Heyəti binasına, ikincisi isə Konstitusiya Məhkəməsinin qarşısındakı "Ukrtelecom" binasına dəydi; amma bir məqam var: bu, "Ukrtelecom"un *keçmiş* binasıdır. Bunu dəqiq bilirəm, çünki bəzən "Intermarium" İnstitutunun müzakirə klubu üçün orada yer icarəyə götürürəm.
Xalqcebhesi.az xəbər verir ki, bunu ukraynalı politoloq Valentin Hayday deyib.
"Orada olmuş hər kəs çox yaxşı bilir ki, həmin ərazinin yaxınlığında nə "Ukrtelecom" ofisi, nə də buna bənzər hər hansı bir obyekt var. Halbuki rusların guya "əla" kəşfiyyatı var!
Prezident cavab veriləcəyini vəd etdi. Ümid edirəm ki, çox yaxında Moskvanın mərkəzində onlarla meyit uzanacaq və onların Rusiya Elmlər Akademiyası yanacaq. Onlar başqa dildə anlamırlar".
Xatırladaq ki, Ukrayna Milli Elmlər Akademiyasının binasına dron zərbəsi nəticəsində iki akademik ölüb.
Bu barədə Milli Elmlər Akademiyasının prezidenti Anatoli Zaqorodnı bildirib.
Onun sözlərinə görə, daha bir neçə akademiklə əlaqə saxlamaq mümkün deyil.
Cavid