"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
09:05
329
Rusiya pilotsuz uçuş aparatı Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasına zərbə endirib. Binanın içərisində yanğın tüğyan edib, insanlar isə pəncərələrin kənarında toplaşaraq xilas olmağa çalışıblar. İlkin məlumata görə iki akademik həlak olub, dörd nəfər isə yaralanıb.
Ukrayna Radasının sabiq deputatı Artur Bilous deyib ki, müharibənin dəhşətli rulet çarxı getdikcə daha sürətlə fırlanır. Onun qara kölgəsi hər kəsə doğru yaxınlaşır. Və bu çarxı hərəkətə gətirənlərin onu dayandırmaq kimi bir niyyəti yoxdur: "Lənətə gəlmiş orklar. Amma bizim lənətlərimizin nə faydası var?
Bəs yüksək vəzifəli rəsmilərimiz nə deyir? Mən onların standart başsağlığı bəyanatlarını oxuyuram. Baş nazir Koretski bir mühasib dəqiqliyi ilə düşmən zərbələrinin vurduğu ziyanı hesablayır və insanlara hava həyəcanı siqnallarına məhəl qoymamağı tövsiyə edir. Prezident Zelenski düşmənə cavab veriləcəyinə dair vədlərlə bizə ruh verir. Daha sonra isə deputat Bezuhla bir addım da irəli gedərək iddia edir ki, Akademiyanı "karma" yaxalayıb; guya bu "sovetsayağı" qurum lazımsızdır və hava hücumundan müdafiə sisteminin inkişafına heç bir töhfə verməyib.
Onların dediklərini qiymətləndirməyi sizin mühakimənizə buraxıram. Şərh vermək istəyirdim, amma özümü saxlayıram; çünki heç də kasad olmayan söz ehtiyatımda belə, artıq ədəbi ifadələr tükənir".
Cavid