SEPAH: ABŞ-nin hərbi kampaniyaları amerikalıları bütün dünyada təhlükəyə atır Dünya

SEPAH: ABŞ-nin hərbi kampaniyaları amerikalıları bütün dünyada təhlükəyə atır

ABŞ-nin xarici hərbi kampaniyaları amerikalıların bütün dünyada özlərini təhlükəsizlikdə hiss etməmələrinə gətirib çıxarıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Mohebi bəyan edib.

"Son 70 il ərzində ABŞ davamlı olaraq müxtəlif ölkələrə hücum edir. Amerika xalqı düşünməlidir ki, başqa ölkələrdə müdafiəsiz və günahsız insanların qətlə yetirilməsindən və bu hücumlardan böyük borclardan başqa nə əldə ediblər? Bu, yalnız amerikalıların özlərinin artıq dünyanın heç bir ölkəsində özlərini təhlükəsizlikdə hiss etməmələrinə səbəb olub", - deyə o, "SEPAH-ın ABŞ xalqına müraciəti" mövzusunda keçirilən mətbuat konfransında bildirib.

Məryəm Quliyeva