"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
10:57
371
ABŞ-nin Tennessi ştatının məhkəmə hakimiyyəti orqanları 30 ildən çox əvvəl kollecdəki tələbə yoldaşını qətlə yetirən qadın barəsində çıxarılmış ölüm hökmünün icra olunması haqqında qərar qəbul ediblər.
Xalqcebhesi.az "ABC News"a istinadən xəbər verir ki, bu, ştatda son 200 ildə qadının edam edilməsi ilə bağlı ilk hal olacaq.
Qeyd olunur ki, məkum olunmuş Krista Payk 1995-ci ildə cinayət törədərkən 18 yaşında olub. O və şəriki Payk ilə eyni təhsil müəssisəsində oxuyan 19 yaşlı tələbə yoldaşı Kollin Slemmerin qətlində təqsirli biliniblər. İttiham tərəfinin versiyasına görə, Payk Slemmerin onun sevgilisinə göz dikdiyindən ehtiyat edərək onu kimsəsiz bir yerə aldadıb aparıb və orada şəriki ilə birlikdə ona işgəncə verərək öldürüb. Bu iş qətlin amansızlığı, iştirakçıların yaşı və qurbanın bədənində satanist simvolunun həkk olunması faktına görə böyük rezonans doğurub.
Payk təqsirini təkzib etmir, lakin onun vəkilləri və tərəfdarları hesab edirlər ki, "ölüm cəzası uşaqlıqda ağır cinsi zorakılığa məruz qalmış və psixi xəstəlikdən əziyyət çəkən bir yeniyetmənin belə gənc yaşda törətdiyi cinayət üçün uyğun cəza tədbiri deyil". Tennessi ştatının qubernatoru Bill Li sentyabrın 28-də əfv xahişini təmin etməyəcəyini bəyan edib. Hökmün icrası sentyabrın 30-na təyin edilib.
Telekanalın məlumatına görə, əgər Paykın edamı təyin olunmuş vaxtda baş tutarsa, bu, 1820-ci ildən bəri Tennessi ştatında ilk qadın edamı olacaq. Qeyd olunur ki, ABŞ-də məhkum olunmuş qadınların edam edilməsi hallarına nadir rast gəlinir. Belə ki, 1976-cı ildən bəri ölkədə 18 qadın edam edilib ki, bu da ümumi edamların təxminən 1%-ni təşkil edir.
Məryəm Quliyeva