"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
11:07
385
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın faktiki olaraq artıq əlavə səfərbərliyə başladığını iddia edir.
Xalqcebhesi.az xəbər verir ki, o, müraciətində bildirib:
"Faktiki olaraq rusiyalılar artıq əlavə səfərbərliyə başlayıblar - onlar müxtəlif üsullarla hərbi xidmətə cəlb etdikləri insanların sayını artırırlar. Əcnəbilərin də cəlb olunmasını artırmaq planlaşdırılır. Rusiyanın öz ordusuna insan topladığı ölkələrin hökumətlərinin buna qarşı mübarizə aparması vacibdir. Biz hər bir hökuməti məlumatlandıracağıq".
Ukrayna dövlət başçısı əlavə edib ki, Baş Kəşfiyyat İdarəsinin (GUR) məlumatına görə, hazırda Rusiya ərazisində səkkiz mindən çox Şimali Koreya hərbçisi var. Tezliklə daha on min nəfərlik kontingentin köçürülməsi planlaşdırılır.
Bununla yanaşı, Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert "Madyar" Brovdi bildirib ki, Rusiya Federasiyası ilin sonunadək 300 min nəfəri səfərbər etməyi planlaşdırır.
Məryəm Quliyeva