Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub Hadisə

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Bu il sentyabrın 15-dək qeyri-çimərlik ərazilərində FHN-in xilasetmə qurumları tərəfindən ümumilikdə 64 nəfərin meyiti suda tapılaraq çıxarılıb.

APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, qeyd edilən rəqəm ötən ilin analoji dövründə 85 olub, bu isə təxminən 25 faiz azalma deməkdir.

Məlumata görə, çimərlik mövsümü ərzində FHN-in nəzarət etdiyi ərazilərdə ölüm faktı qeydə alınmayıb.