ABŞ HDQ-nin 3 illik döyüş gəmisində kritik mühərrik nasazlığı yaranıb Dünya

ABŞ HDQ-nin 3 illik döyüş gəmisində kritik mühərrik nasazlığı yaranıb

ABŞ Hərbi Dəniz Qüvvələri "Santa Barbara" sahil zonasının döyüş gəmisinin təcili təmiri üzrə müqavilə dərc edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-ın araşdırdığı idarənin tender sənədlərində deyilir.

"Hazırda hər dörd mühərrik icazə verilən maksimum hədləri aşmaqla istismar olunur ki, bu da qarşıdakı tapşırıqların icrası zamanı mexaniki zədələnmələr üçün birbaşa və ciddi təhlükə yaradır", - deyə sənəddə bildirilir.

Məlumata əsasən, problemlər iki əsas dizel mühərriki və iki gəmi dizel generatorunda yaranıb. Təmir işlərini "Epsilon Systems Solutions" şirkəti həyata keçirəcək, icra müddəti isə sentyabrın 11-dən oktyabrın 11-dək müəyyən edilib. Qeyd olunur ki, vəziyyətin təcililiyi və kritikliyi səbəbindən müqavilə əvvəlcədən tender keçirilmədən birbaşa tək şirkətə verilir.

"Santa Barbara" 2023-cü il aprelin 1-də istismara verilib. ABŞ HDQ-nin məlumatına görə, bu, "Independence" sinfinə aid 16-cı gəmidir.

Məryəm Quliyeva