“Rusiya atəşkəsə əməl etmədi” Dünya

“Rusiya atəşkəsə əməl etmədi”

ABŞ-ın vitse-prezidentliyinə namizəd respublikaçı Mayk Pens Suriyadakı vəziyyətin həlli ilə bağlı Rusiyanın mövqeyini kəskin tənqid edib. Xarici mətbuat xəbər verir ki, o, Rusiyanı ldə edilən sazişə əməl etməməkdə günahlandırıb: "Vladimir Putin Suriyada atəşkəs haqqında sazişə əməl etmədi. Suriyada uşaq və qadınların təhlükəsiz əraziyə köçürülməsi üçün Amerika təhlükəsiz zona yaratmalı idi. Rusiyanın təxribatına qarşı ABŞ öz gücünü göstərməlidir. Əgər Rusiya mülki şəxslər üçün Hələb şəhərində vəhşicəsinə hücumları davam etdirmək istəsə, ABŞ Əsəd rejiminin hərbi hədəflərinə zərbə endirmək üçün hərbi qüvvələrdən istifadə etməyə hazır olmalıdır".
O, həmçinin Çexiya və Polşada Raket Hücumundan Müdafiə Sisteminin istiqamətini dəyişməyə çağırıb: "2009-cu ildə rusların xətrinə dəyməsin deyə ABŞ prezidenti Barak Obama ölkəsinin Şərqi Avropada Raket Hücumundan Müdafiə Sistemi elementlərinin yerləşdirilməsi planından imtina etməsini rəsmən təsdiqlədi. Lakin bu məsələnin üzərində düşünmək və müvafiq qərarla bu silahları təhlükə gələn istiqamətə yönəltmək lazımdır".