İran və Rusiya qarşı-qarşıya Dünya

İran və Rusiya qarşı-qarşıya

İran və Rusiya hökumətləri Aralıq dənizində öz hərbi güclərini göstərmək üçün hərəkətə keçib. İran hökumətinin İtaliya və Suriya ilə, Rusiyanın isə Misir hökuməti ilə danışıqlar apardığı bildirilir. İsrail kəşfiyyatına yaxınlığı ilə bilinən "DEBKAfile" adlı internet saytı, İran Hərbi Dəniz Donanmasının komandanı Həbibullah Səyyarinin Aralıq dənizində 8 min kilometrlik torpaq sahəsi olan İtaliya ilə danışıqlar apararaq hərbi bazaların qarşılıqlı istifadəsini tələb etdiyini irəli sürüb.
Səyyarinin italiyalı həmkarı admiral Roberto Chia Marsellanın sentyabr ayında iki dəfə Tehrana səfər etdiyini vurğulayan sayt indiyə qədər Ədən körfəzinə qədər açılan İran donanmasının Aralıq dənizinə açılmaq üçün hərəkətə keçdiyini iddia edib. Saytın iddiasına görə İranın ali dini lideri Əli Xamneyinin əmri ilə hərəkətə keçən Səyyari Suriyada də daimi hərbi baza qurmaq üçün danışıqlar aparır.
Rusiyanın "İzvestiya" qəzeti də yaydığı xəbərdə Rusiyanın Liviya sərhədinə yaxın mövqedəki Sidi Barrani şəhərində yerləşən və Sovet ittifaqı dönəminə aid olan hərbi hava qüvvələrinin bazasını bərpa edib yenidən istifadəyə verməyi planlaşdırdığını yazıb. Qəzetə məlumat verən Müdafiə Nazirliyinə yaxın bir mənbənin dediklərinə görə Rusiyanın bu bölgədəki qeyri-sabit şəraitdə geosiyasi problemləri həll etmək üçün Şimali Afrika bölgəsində bir hərbi bazaya ehtiyacı var.